Qəhrəman şəhidimizin atası mərkəzimizdə əməliyyat olundu.

Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytinantı qəhrəman şəhidimiz Azad Hümbətovunun atası Arif Hümbətov mərkəzimizdə əməliyyat olundu. İnvaziv-radioloq Ruslan Əliyev tərəfindən icra olunan əməliyyat uğurlu nəticə ilə yekunlaşdı. Həkimi xəstənin vəziyyətinin yaxşı olduğu və yaxın günlərdə evə buraxılacağını bildirdi. Arif Hümbətovun vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov əməliyyatdan sonra da, klinikamızda müalicələri davam edən şəhid atasını ziyarət edib, onunla həmsöhbət oldu. Vətən Müharibəsi iştirakçımızın atası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirdi. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Şəhid Azad Arif oğlu Hümbətov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" medalları və "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif edilmişdir.

Diqər xəbərlər